Home
Yumroo

Telman Adıgözəlova Allahdan rəhmət diləyirəm!

Posted on Aprel 15, 2010 
Filed under Belə baxanda

O ki oluree nəyəsə heç inanmağın gəlmir. Bax indi elə vəziyyətdəyəm. Ölüm -  bu kəlməni hər an anıram. Anıram ki, ona öyrəşim. Çünki, itirməkdən çox qorxuram. Doğmalarımı, əzizlərimi itirməkdən elə qorxuram ki. Amma, bir tərəfdən də bilirəm ki, bu olmalıdır. Ona görə də buna inanmamaqdansa hər an buna hazır olmağa çalışıram. Çox çətindir, düşüncəsi bel adamı üzür. Amma, dünya, daha dorusu ömür fani deyil. Hamımız bir gün köçüb gedəcəyik.  Sadəcə eşidəndə ki kimsə həyatının hələ 40-50-60 yaşlarında bu ömrə vida edir, insan çox üzülür. Düşünürsən ki, axı tez getdi. Hələ görəcəyi o qədər şey var idi ki..

Bircə təsəlli o olur ki, inşallah yeri behişt, cənnət olar..

Rəhmətliyi bəyənərək izlərdim, ən çox da “Yaşıl eynəkli adam” tamaşasındakı roluna doymazdım “Devuşki otpuskayti noğiiii”. Əgər heç kimi demirəm, elə bircə mən T.Adıgözəlovun bir rolunu andımsa, demək ki, o yaşayır.Artıq cismən yanımızda olmasa da o yaşayacaq.

Telman Adıgözəlovun ölüm xəbərini APA.az-dan oxudum. Allahdan ona günahlarının bağışlanmasını və rəhmətini diləyirəm.

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Şərhlər



7 Responses to “Telman Adıgözəlova Allahdan rəhmət diləyirəm!”

  1.  Lady.A on Aprel 15th, 2010 7:47 pm

    :( O qədər üzgünəm ki, heç bir cümlə qurmağa halım yoxdu san ki, beynim durub çox-çox üzgünəm(( Allah qəni-qəni rəhmət eləsin!

    Report This Comment

  2.  miraj on Aprel 15th, 2010 11:24 pm

    Allah rəhmət eləsin.

    Report This Comment

  3.  turkan112 on Aprel 16th, 2010 10:22 дam

    eşidəndə çox üzüldüm. Allah rəhmət eləsin. yaddaşlarda Telman Adıgözəlov hələ çox yaşayacaq.

    Report This Comment

  4.  denish on Aprel 16th, 2010 1:32 pm

    ANS-dən baxdım.düzü çox üzüldüm,amma bu həyatın qanunudur.inşallah yeri cənnət olar.Allah günahlarını bağışlasın.Allah rəhmət eləsin.Amin!..

    Report This Comment

  5.  shebnem on Aprel 17th, 2010 4:40 pm

    Bütün rəhmətlərə amin!

    Report This Comment

  6.  ulicka on Aprel 18th, 2010 2:31 pm

    Telman Adlgözəlovun adı gələndə onun bir köhnə mənəloqu yadıma düşürƏncil yarpağı :)
    ALLAH rəhmət eləsin.

    Report This Comment

  7.  kazım on Aprel 23rd, 2010 12:55 дam

    Allah rəhmət eləsin.Qocalıb əldən düşmüş Azərbaycan teatrının yadda qalan adlarından idi.

    Report This Comment

Leave a Reply




Report This Blog