Həkimlərə etibarım yoxdur((
Posted on Aprel 12, 2010
Filed under Belə baxanda

Bir elan: stomatoloqa tələbə tələb olunur.
Son vaxtlar belə bir xəbər eşitdim ki, bəzi diş həkimləri öz yanlarınaşagirdlər cəlb edirlər. Onlar həkimin yanında duraraq stomatoloqluq öyrənib, sonra da bu işi avam etdirirlərmiş. Bir bərbər kimi… Demə həkim olmaq, bu qədər bəsit və bu qədər asan imiş. Ohh.. nə yaxşı dünya.
Bəziləri də deyirlər ki, şagirdlər stomatoloqun yanında ancaq taxma diş düzətlməyi öyrənirlər.. Nə bilim vallah…

Neçə vaxtdır tibb müəssisəsisələri ilə maraqlanıram, amma, heç qərar qıla bilmirəm ki, kimə etibar etmək olar. Bir tərəfdən pul, digər tərəfdən yaxşı və etibar ediləsi xəstəxana və həkim tapmaq özü də müşkül məsələdir. Düşünürsən ki, əşşi pul cəhənnəmə, əsas odur ki, canıvı etibarlı bir ələ rahatca buraxasan. Amma, adam qorxur. Çünki ətrafımda o qədər insan görmüşəm ki, hansı ki, illərlə müalicə olunurlar, bir kəpənək kimi bir həkimdən digərinə qona-qona gedirlər. Həkimlər də çiçək deyil və kəpənəyin də canı çıxır. Bax bu səbəbdən də insanın canıyla bahəm, sərf elədiyi pullara da heyifi gəlir. Çünki, hardan baxsan, o pulları qazanmaq üçün də iş yolunda hərəkət edir, göz nuru sərf edib, can qoyursan..
Amma, insan nə qədər yorulsa da ən sonunda bu sözü yenə də işlədir – əşşi pul cəhənnəmə, nədir ki kağız parçası, təki canım salamat olsun! Təki kəpənəksi naxışlarım rənglərini soldurub milçəyə çevrilməyim..
Etibarım sınıb və bu səbəbdən də çox qorxuram..
Şərhlər
6 Responses to “Həkimlərə etibarım yoxdur((”
Leave a Reply


mən də hər həkimə etibar eləmirəm.başım bir dəfə daşa dəyib çünki.ancaq sağ olsunlar çox yaxşi həkimlər də var.
Report This Comment
Ayyy deməyin mu mövzunu heç açmayın))) Mənim başım belə həkimin əlindən çox çəkib.Bir dəfə çəkilməli dişim var idi yoldaşım məni bir həkimə apardı adı olsun ki, ən yaxşı həkimdir, nə isə oturdum dişimi çəkdi, evə getdim birdə nə görəm dişin yarısı sınıb yerində qalıb(( Sübut edə bilmədim ki, həkimə sınıb dişim yerində qalıb.3 dəfə getdim yanına amma boynua almadı ki, dişim sınıb, baxır deyir burda heçnə yoxdu)))
Report This Comment
mənim də desəm ən yarlı yerimdir bu məsələ inanmayacaqsınız. belə bir fikir var ki guya bir az savadlı həkimlər Bakıdadır. son 6 ildir ki, yaxın adamım müalicə olunur. amma nə fayda nə Bakı, nə Gəncə heç birinin xeyri yoxdur. regionlarda kimin canı ağrıyırsa ordakı həkimlərə etibar etməyərək üz tuturlar paytaxta, doğurdan bir az ordakıların başı çıxır amma nə bilimk e. da tam yox. İndi mən bir başıçıxn həkim axtarıram həm də necə axtarıram bir Allah bilir.
Report This Comment
Məndə bu yaxında mən də dişlərimi müalicə etdirirdim.Həkimin də yannında həmişə cavan tələbə olurdu.Diqqətlə həkimin gördüyü işlərə baxırdı.Sonra isə nə olacaq bilmirəm
Report This Comment
teleevizorda bəzən tez-tez bir həkim göstərirlər, adını çəkmirəm, sadəcə onu deyim ki, özəl bir klinikanın həkimidir. Hər zaman onun danışıqlarına qulaq asanda insanda elə bir təəssürat yaranır ki, yox, bunun qabında nəsə var, həm də az deyil.
Yəni işinin ustası sayıla bilər. Mən də üz tutdum həmin klinikaya. Amma, orda analizlar, yoxlamalar üçünmənə elə pul oxundu ki, pul verib açdırdığım kart da cəhənnəm deyib, geri qayıtdım.
Əslində bəlkə də bütün analizləri etməklə haqlıdılar, dərdi tapmaq üçün hamısını yoxlamalıdılar axı, amma, nədənsə mənə elə gəldi bir az daha çoxpul çıxsın deyə bəzi şeylər artıqdır. Həm də çox bahaçılıqdır. Bir dəfəyə 400 manat xərcləmək adamı düşündürür ki, bəs hələ sonra mülicəsi, dərman-dürmanı, ultrasəs müayinəsi…və s. Yəni 400 manatla bitmir bu iş. Mən də kor-peşman çıxdım ordan..((
Report This Comment
Salam Shebnem, yazan Fidandir, taniyarsan
)
Report This Comment