Dilimizin günü və aksiyamızın 1 yaşı!
Salam! Çox da uzun olmayan bir aradan sonra yenə də yazıram.. Səbəbsiz də deyil. Çoxlarınıza məlimdur ki, bu gün “Ana Dili” günüdür! Mübarək olsun!!!
Xatirimdədir ki, keçən il məhz bu gün mən və bir çox bloqçular bir aksiyaya qoşulduq. Düzgün Yaz Aksiyası.
Axı, bu aksiyanın şərtləri necə yadımdan çıxsın?! Hələ də bloqumda bütün yazıların altında link olaraq qeyd olunmaqdadır. Mən bloq qoşulan vaxtlarda indiki Canlı köhnə Yumroo-da bloqçular arasında müsabiqə başlamışdı. Hansı ki, nəticədə qazananlar ayda 100 manat alırdılar. Və bu məqamda mənim bloqda belə bir aksiyayla iştirak etməyim çoxlarına maraqlı gəlirdi. Çünki nəticədə öz hərflərimizlə yazılmayan şərrhlər silinəcəkdi və belə olan halda da mənim şərh sayım azalırdı və mən o müsabiqədə qazanmaya bilərdim. Amma, bu mənimçün önəmli deyildi. Əsas dilimizin intenet səhifələrində inkişafı və irəliləməsi idi.
Amma, vallah, mən biləni nə oxucu itirdim, nə də şərh sayım azaldı, hətta, qalib də oldum. Ən əsası isə, aksiyamızın şərtlərinə əməl edib, mənim bloqumda şərh yazanların səy göstərib öz hərflərimizlə yazmalarının şahidi oldum və bu məni çox sevindirdi.
Düzdür, biz aksiyaçılar Şahdağına qalxmadıq, sadəcə internet vasitəsilə istifadəçilərə öz səsimizi çatdırmağa çalışdıq və ya elə haray çəkdik. Və onu da deyim ki, aksiyamıza qoşulan bloqçuların sayı gündən-günə artırdı.
Bu günkü gündə də mən istifadəçilərə səslənirəm. Gəlin dilimizin naminə bu aksiyaya qoşulaq. Gəlin Düzgün yazıb, öz hərflərimizi dəyərləndirək. ə, ö, ü, ğ, ı, ç, ş, İ hərflərini yazarkən bizlər onları yazmır və onların əvəzinə (e, o, u, g, i, ch, , sh) başqa hərflərdən istifadə edirik. Axı bu dilimizə hörmətsizlikdir.
Əlifbamızda 32 hərf var. Əgər biz bu 32 hərfin hamısını olduğu kimi istifadə etmiriksə o zaman bu əlifba, bu dil bizim nəyimizə gərək, ancaq latın hərflərini istifadə edək bəsdir, dilimizi də unudaq getsin, danışanda da heç öz hərflərimizi istifadə etməyək.
Gəlin, yad hərflərin rahatlığına alkdanıb, onlardan istifadə etməyək. Vərdişimiz bunun əksi olsun!

Hu huu))))

Hava xoşuma gəlir, əla dincəlirəm. neçə vaxtdır özüm-özümə istirahət vermişəm. Hələ bundan belə də bir xeyli dincəlmək fikrindəyəm. İstəyirəm özümü internet xəstəliyindən müalicə edəm. Həm istirahət edirəm, həm də başqa şeylərlə maraqlanıram. Bu aralar bir çox proqramlar öyrənirəm və bu çox xoşuma gəlir. Nə isə kefim əladır, ikbin ruhdayam şükr olsun)) İstədim ki oxucularla da bölüşəm. İnşallah bu ruhda da yazılar yazıb, bloqumu da aktiv edərəm..

