Şirin-şipşirin)))
Ayyy Allllaaaaa…elə bil deyir ki, məni qucaqlayın.
Bir multfilm varee, “Buz dövrü”, baxmamış olmazsınız. Bax bu şəkildəki heyvan mənə o filmdəki daima qoza dalıyca düşən dələni xatırladır))) Yeri gəlmişkən artıq o multfilmin yeni bölümü çıxıb, gərək ona da baxam..
Bir “snikers” reklamı da varee , ordakı dələləri də super çəkiblər. Halaldır..
Günün karikaturası..
Yeni Asiya Qəzetinin 10 oktyabr 2009 tarixi üçün günün karikaturası:

“Mama, onlara de, siqaret çəkməsinlər”
Bu zəhrimar həmişə var ki var. Əl çəkmək də olmur. Əl çəkənlərində üstündə gərək əsim-əsim əsəsən ki, başlarına Allah eləməsin bir problem gəldiyi yenidən o zəhrimarı əllərinə alıb, dodaqlarına aparıb, nəfəslərinə çəkməsinlər.
Bu gün ANSPRESS-də yayımlanan bir xəbərin başlığı mənə elə toxundu ki.. Deməli, erməni əsirliyində olan bir əsgərimiz Anar Xanbaba oğlu Hacıyev, ailəsinə məktub yazıb:
“Salam, mama, necəsiz? Keyti, Elçin necədir, Şahin, Aydın, Vüsal, Araz necədirlər? Onlara de siqaret çəkməsinlər, nənəmə, Sevincə, hamıya salam de. Məndən narahat olmayın. Hər şey yaxşıdır”.
(ümid edirəm səhv şəkil yerləşdirməmişəm)
Can ay qardaş, Allah səni və digər əsir düşmüş bacı və qardaşlarımızı o zalımlərin alindən tezliklə xilas eləsin, əzizlərinin halını necə də düşünərmiş..
Əslində bu balaca yazını yazıramee yazmağına, amma, bu balaca yazıya yəqin ki, iki mətləbi sığdıra bildim. Biri əsir qardaşımın məktubu, biri də siqaret bəlası. İkisini yan-yana qoymaq heç düzgün deyil, qiyaslanmayacaq dərəcədə fərq var. İki dərdi bir yerdə saysan siqaret heç dərd də deyil. Amma, vallah o siqaret elə zəhərdir ki, var.. Sözün həqiqi mənasında zəhrimar “(ilan zəhəri”) olmasa da, zəhritütün-dür ki var. Çəkməsəniz yaxşıdır..
Rəssam fırçasından: Xoşbəxtlik!
İdeya insan düşüncəsinin ən original hissəsidir ki, bunu insanlarda çox qiymətləndirirəm. Bu həm də hər zaman özündə maraq, həvəs və diqqət doğuran bir xüsusiyyətdir ki, hamıda var. Amma, baxır kimdə necə.. Məsələn rəssam Dianne Dengel xoşbəxtliyi tabloda olduğu kimi əks edib.
Bu rəsmdə…
Yaşlı ata olmaq təhlükəliymiş..

Axx media, media və ya axx bu insanlar. Keçənlərdə televiziya verlişlərinin birində təsadüfən belə bir söz eşitdim ki, guya qadın 35 yaşından sonra hamilə qalarsa onun dünyaya gəlmiş övladı əqli tərəfdən zəif inkişaf etmiş olacaq.
Bu gün də internetdə belə bir xəbər oxudum ki, Oxford Universitetinin tədqiqatçıları belə bir nəticəyə gəliblər ki, 40 yaşdan sonra ata olanların uşaqlarında ciddi problemlər ola bilər.

“Onlar hesab edirlər ki, yaşlaşdıqca kişilərdə spermanın keyfiyyəti aşağı düşür, bu da sağlamlıq ilə bağlı problemlərin yaranmasına yol açır. Bundan əlavə kişilərin DNT-də genetik mutasiyaya yol aça biləcək maddələr də artır.
“Nature Genetics” jurnalında yer alan məqalədə qeyd edilir ki, kişilərdə olan bəzi genlər təkbaşına zərərsizdirlər. Ancaq bu genlər onların uşaqlarının müxtəlif ciddi xəstəliklərdə doğulmasına səbəb ola bilər. Bura uşağın ölü doğması və liliputluq da daxildir. Yaşlı ataların övladlarında şizofreniya xəstəliyi riski də çox olur.
İsraildə aparılan başqa bir araşdırmada isə 40 yaşdan yuxarı olan kişilərin uşaqlarının sağlamlığı ilə bağlı problemlərinin olması 30 yaşdan aşağı ata olanlara nisbətən 6 dəfə çox olduğunu müəyyən edilib. “(ANSPRESS)

İnsanlar fərqlidir və belə çıxır ki, nə qədər fərqli insan varsa bir o qədər də fərqli düşüncələr vardır. İndiki zəmanədə isə bu düşüncə ağacı çox şaxələnmiş bir haldadır. Yəni, indi uşaq dünyaya gətirmək planlı şəkildə həyata keçirilir. Düzdür bu daha Avropa xarici ölkələrdə yayılmış bir şey olsa da bəzi hallar ya da zaman göstərir ki, bizdə də belə ola bilər.

Bəzi cütlüklər, ümumiyyətlə, uşaq istəmirlər; qadınlar bədən quruluşlarının pozulmasından ehtiyatlanırlar; bəzilərini işlərindən əl çəkmək istəmir, karyera həvəsində olurlar və s. Məsələn bəzi Avropa ölkələrində hal-hazırda qüvvədə olan qanun var ki, uşaq dünyaya gəlmiş ailələrə ildə müəyyən miqdarda pul verilir, hətta, evlə təmin edən ölkələr də var. Amma buna baxmayaraq təəssüf ki, bir çox insanlar yenə də valideyn olmaq fikrindən imtina edirlər. Düşünürlər ki, əşşi ayağımı yerə bərk basım, karyera qurum sonra baxarıq.. Sonra da gəlib çıxır 40-50 yaşlarına. İndi də gəl uşaq dünyaya gətir.

Əslində mən bilmirəm yuxarıda yerləşdirdiyim xəbərin doğruluq dərəcəsi hansı faizdədir, amma, belə bir doğru da var ki, elə yaşlı valideyn olanlar var ki, maşallah övladları lap “turp” kimidir.
Bir də ki, illərlə istəsə də sağlamlığında olan müəyyən problem səbəbindən övlad sahibi ola bilməyənlər neyləsin? Bir də görürsən ki, şans onların üzünə elə məhz bu yaşlarda gülür.
Qısacası Allah qorusun. Nə vaxt olur olsun təki sapsağlam övlad sahibləri olasınız.. Amin!
Cansız Bloqlar((
Yumroo, oy, daha doğrusu, Canlı gərək nəsə bir addım atsın ki, yenidən bloq ətrafında istifadəçilər toplaya bilsin.”Bağda ərik var idi, salam məleyk var idi, bağda ərik qutardı, salam məleyk qutardı.”
Zarafat bir yana, vallah mən belə görürəm ki, 100 manat müsabiqəsi çox uğurlu alınmışdı.
Bilməyənlər də bilsinlər ki, Yumroo saytı öz aktiv, populyar 5 bloqçusuna hər ay pul verirdi. Heç olmasa o vaxtı burda müəyyən miqdarda istifadəçilər var idi, bloq ətrafında diqqət var idi, gözlər var idi. Amma, indi isə yaman sakitçilikdir. Bir sükut hökm sürür.
Əslində düzünü desək heç kim heç kimə pul verməyə, müsabiqələr keçirməyə məcbur deyil. Bir bloq sistemidir, kim istəyir istifadə etsin, kim istəyir etməsin. Amma, bir şeyi dəqiq bildim ki (yəqin ki, tək mən yox), vaxtilə təxminən hər gün yeni istifadəçilər toplayan, aktiv istifadəçiləri olan Yumroo-da indi çox sakitlikdir. Pul şirin şey imiş.
Amma, bir şey də var ki, axı Yumroo-nun istifadəçilərinin hamısı Azərbaycan dilli bloq istifadəçiləri deyildi.. Yadınızdadırsa pulu ancaq Azərbaycan dilli bloqlar qazana bilərdi. Amma, hələ o vaxtı da Yumroo-nun rus dilli bloqları var idi, aktiv idilər. İndi heç onlar da yoxdular. Yəqin ki, hər kəsin başı öz işinə qarışıb, heç kim məcbur da deyil ki, bütün günü oturub bloq yaza, amma, belə sakitlik də bir az qeyri-adi görünür. Təəssüf ki, Canlı Bloqda canlılıq yoxdur.
Hal-hazırda isə bekarçılıqdı(( Gedim özümə bu günlük maraqlı bir məşğuliyyət tapım..






