Home
Yumroo

Profil şəkillərimiz..

Ağ şlyapalı, qırmızı dodaq, gözləri görünməyən qız şəkilli avatarımı çox bəyənsəm də bir dəəyişiklik etmək istədim. Bir yenilik. Bu səbəbdən də profilim üçün tamam başqa səpgidə bir şəkil seçdim. Çox fərqli bir şəkil. Bilmirəm sizin necə, amma, bu şəkil də köhnə avatar şəklim kimi çox xoşuma gəlir.

Sadəcə bir qız uşağının şəklidir. Dağınıq, şirin, şaftalıcıq bir qızcığaz. “Şaftalıcıq” sözü sizə gülməli gələ bilər. Amma, bu rəsmi görəndə o qızın yanaqlarının qırmızılılığı mənə şaftalını xatırladır))
Avatarmıza bloqumuzun, özümüzün adımıza uyğun oldu-olmadı şəkillər yerləşdiririk. Bəzilərimizdə yaxşı olur, bəzilərimizdə pis. Bu da zövq məsələsi.

Şəxsən mən, Lady.A-nın avatarını çox bəyənirəm. Superdir. Əla seçim..

Bir də ki, Yumroo Portalın avatrını xoşlayıram. İnsana müsbət enerji verir.

Mirajın da avatarı yaxşıdır. Sadə bir qız. Ya nəsə düşünür gülümsəyir, ya da nədənsə utanır. Bir sözlə avatar xoşuma gəlir.

İnciməsin, amma, xoşuma gəlməyən avatar isə Kapriznayanın avatarıdır. Məncə bundan öncəki çox yaxşı avatar idi. Burda isə şəkil də xoşuma gəlmir, şəklin üstündəki “kapriznaya” yazısı da.

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.[center][/center]

Report This Post

Volver…!

Tətilim bitdi)) Haydi komp başına..

Məktəbə yeni-yeni hazırlaşan şagirdlər kimi, mən də bloqum üçün hazırlaşıram. Həm də sevincək.

Son aylar ərzində çox passiv olduğumu bilirəm. Tətildəydim, ara-sıra əlimə komp düşən kimi yazılar yazıb qoyurdum ki, gözdən lap da itməyim. Bir passivlik hökm sürsə də “O YANI TAXTA BU YANI TAXTA” bloqu həmişə burda olmağa çalışdı sadəcə o yumru xanım burda yox idi..
Gələn aydan isə inşallah çalışacağam sizinlə olam..

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Sevgilisilə bir yataqda öldürdüyüm ərimə indi “Yasin” oxuyuram

Həyat, ömür, qismət, tale.. Hərəyə bir cür paylanır. İndi ay insan çalış ki doru yaşa, çalış ki, xoşbəxt yaşa..

Bu gün “Lent.az“-ın “Məhbuslar” bölməsindən bir əhvalat oxudum. Çox təsirləndim.
Əslində bizlər bəzən elə xırda şeyləri özümüzə dərd edirik ki, amma, belə əhvalatları eşidəndə düşünürsən ki, bizim dərdimiz dərddirmi?! O zaman bizim problemlərimiz o qədər balaca, o qədər cılız, o qədər mənasız görünürlər ki… Amma, bəlkə də dərdi çəkiyə qoymaq da mənasızdır.
Nə edək hər kəsin öz həyatı, öz yaşamı və irili-xırdalı öz problemləri.. Əsas odur ki, Allaha şükr etməyi heç vaxt unutmayaq.

Həm də maraqlı bir məqam: Qadınlarımız öz haqqlarını, hüquqlarını bilmirlər. Təssüf ki…

Oxuduğum həmin əhvalatı olduğu kimi köçürürəm..

“Sevgilisilə bir yataqda öldürdüyüm ərimə indi “Yasin” oxuyuram”

Laçınlı məcburi köçkün qadının həyat və məhbəs hekayəti

(“Məhbusələr” silsiləsindən)

…O, Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisində günahını boynuna alan, cinayətini səmimi etiraf edən tək-tük məhbusələrdən biridir. Etdiyi hərəkətdən peşman olmasına gəlincə, deyir, yalnız balalarıma görə peşmanam. Çünki həbsxanaya düşəndən bəri 5 uşağından heç birinin üzünü görə bilməyib. Deyir ki, indi böyük uşaqlarımı görsəm tanıyaram, ancaq balacaları yox: “Onların sifəti yadımdan çıxıb. Hərdən böyüklərin də sifətini unuduram…”

Söhbət Cinayət Məcəlləsinin 120-ci maddəsilə ittiham olunaraq həbs edilmiş Xalidə Hətəmovadan gedir. O, iki nəfəri (bəlkə də üç nəfəri) öldürməkdə təqsirləndirilərək, 14 il həbs cəzasına məhkum edilib (sonradan həbs cəzası 12 ilə endirilib). X.Hətəmova 1965-ci ildə Laçın rayonunda anadan olub. 3 qızı, 2 oğlu var. Həbsxanaya düşən vaxt ən kiçik övladı 7 aylıq, böyük övladının 16 yaşı olub.

O və həyat yoldaşı əslən Laçın rayonundandırlar. Lakin sonradan – erməni işğalı zamanı Füzuli rayonunun “Haramı düzü” adlanan ərazisində məskunlaşırlar. 2002-ci ildə baş vermiş hadisə də elə Füzulidə olur. Hadisəyə əsas səbəb Xalidənin təsərrüfat işləri ilə məşğul olan ərinin heç “dinc” dayanmaması olub.

Müxtəlif vaxtlarda 3 qadını ailəsinin yaşadığı evə gətirərək, bir müddət onlarla yaşayıb. Qadınlardan biri Füzuli rayonunun kəndlərindən olub. Digər qadını Beyləqandan gətirib. Başqa bir qadın isə Xocavənddən olan məcburi köçkün olub. Qadınların hər biri ayrı-ayrılıqda Xalidənin “xanımlıq etdiyi” evdə “ikinci arvad” rolunu oynayıblar. Əslində isə qadınlar onun “gözü orda-burda olan” ərinə sadəcə ehtirasını söndürmək üçün lazımmış.

Sonuncu dəfə isə ər Ağcabədi rayonundan olan 16 yaşlı qızı gətirib. Təsəvvür edirsinizmi? 16 yaşlı oğlu olan ata özünə 16 yaşlı “gəlin” gətirir. Xalidənin dediyinə görə, “gəlin” və anası ərini “öyrədib” ailəsinin üstünə salırmış. Əzazil “ər-ata” isə ailə üzvlərinə, xüsusən Xalidəyə ən ağlagəlməz işgəncələr verirmiş. Məsələn, öldürülən gün o, arvadını dirəyə bağlayıb döyübmüş. Ancaq indiki məhbusəyə qarşı daha şiddətli və iyrənc hərəkətlər də edilib: əri 16 yaşlı “gəlin”lə hər dəfə cinsi əlaqədə olandan sonra Xalidəni çağırıb məcbur edirmiş ki, “gəl bunu yu-təmizlə…” Ancaq o deyir ki, hətta bu işə də razıydım, heç ərimi qısqanmırdım da… Bəs onda onu niyə öldürüb?

Məhbusə qətlin səbəbi kimi yalnız ağır söyüşləri və şiddətli işgəncələri göstərir: “Buna qədər də çox zülm almışdım. Ancaq axırıncı qızı gətirəndən sonra mənə və övladlarıma daha şiddətli işgəncələr verməyə başladı, ən murdar sözlərlə təhqir edirdi. Mən də öz hüququmu bilmirdim. Nə biləydim ki, boşanmaq üçün məhkəməyə müraciət etmək lazımdı. Beyləqan, Ağcabədi və Füzuli rayon polis şöbələrinə müraciət eləmişdim. Dedim ki, bu adamı məndən aralaşdırın, mənə çox zülm verir. Onlar isə başlarından elədilər, sözümə qulaq asan olmadı. Bəlkə də vaxtında bir tədbir görsəydilər, onu 15 sutkalıq, ya da 1 illik “içəri” salsaydılar, bu hadisə də baş verməyəcəkdi. Özü də hamısı bilirdi ki, evə qeyri-qanuni arvadlar gətirir. Böyük oğlum evdən qaçdı, 6 ay evə gəlmədi, uşaq atasının hərəkətlərinə dözmürdü.

Hadisə olan gün məni dirəyə bağlamışdı. Axşamüstü sonuncu övladım ağladı. Onda əl-qolumu açıb, dedi, gəl uşağa bax. Sonra da dedi bizə çay-çörək qoy. Yemək yeyən vaxtı da başladı murdar söyüşlər söyməyə, döyməyə. Artıq bütün bədənim qap-qara olmuşdu. Mən gündüzdən onu öldürməyi planlaşdırmamışdım. Ancaq axırıncı dəfə döyəndən sonra fikirləşdim ki, ölmək ölməkdi, xırıldamaq nə deməkdi…”

Nəhayət, qətl saatı – Xalidənin ərini, onun 16 yaşlı gətirdiyi qadını və… qadının hamilə qaldığı bir neçə həftəlik cocuğu öldürən vaxt gəlib çatır. Gecə saat 2 radələrində ağız-burnunun qanını yumaq ağlına bəlkə gəlməyən Xalidə ərinin bir neçə gün əvvəl Ağcabədidən gətirdiyi “Kalaşnikov” avtomatını axtarır. Axtarış çox çəkmir: o, əlini atdığı birinci yerdə – miçətkənin altında silahı tapır. Ömründə güllə atmamış, əlinə silah belə almamış qadın əri və 16 yaşlı “gəlin”in yatdığı çarpayının bir-iki metrliyinə qədər yaxınlaşır. Avtomatın lüləsini əvvəlcə özündən gövdəcə az qala iki dəfə böyük olan ərinə tərəf tuşlayır. Tətiyi çəkməsi ilə onu o dünyaya göndərməsi bir olur. Kişi, demək olar ki, heç yuxudan ayılıb can verməyə də macal tapmır. Sonra isə silahın lüləsi “gəlin”ə tərəf tuşlanır. Qeyri-rəsmi ərinin al-qana boyandığı görən yeniyetmə qız yalvarıcı nəzərlərlə dünənə qədər zülm çəkməsinə səbəb olduğu qadına baxır. Ancaq artıq gecdi, həm də çox gec: Xalidə tətiyi çəkib, “Kalaşnikov”un darağında qalan güllələri onun qarnına boşaldır. Sonra isə soyuqqanlılıqla övladlarını götürüb polis şöbəsinə yollanır və təslim olur…

İndi o, həbsxanada oruc tutur, namaz qılır, burada “Quran” oxumağı da öyrənib. Hətta ərinə “Yasin” də oxuyur. Bütün bu baş verənlərin günahını isə “qaçqınlıq”da görür: “Allah erməninin belini qırsın, nə oldusa bu qaçqınlıqda oldu. Hərə dağıldı bir tərəfə… Öz rayonumuzda olanda ərim də belə hərəkətlər eləmirdi”

Həmsöhbətimizi həbsxanada ancaq atası, bacı və qardaşları yoluxur. Uşaqlarını isə qayınanası qoymur yanlarına gələ. Hətta rayona gedən bir qadın vasitəsilə şəklini övladlarına göndərəndə də qayınanası buna qarşı çıxıb. Şəkili aparan qadına deyib ki, səni polisə verəcəm. Nə qədər qəribə olsa da məhkumə qayınanasını övladlarını ondan ayırdığına görə qınamır. “Mən onun yeganə oğlunu öldürmüşəm, başımı sığallamayacaq ki…” deyir.

Xalidənin isə övladlarından ötrü burnunun ucu göynəyir, elə ən böyük arzusu da onları görməkdi. Ancaq qayınanası icazə vermir ki, vermir… Bir müddət əvvəl qayınanası 17 yaşlı qızını ərə vermək istəyib. Ancaq qız razı olmayıb. Deyib ki, “anam gəlməyincə ailə qurmaram, məni o gəlmədən ərə versəniz, özümü öldürərəm”.

Hə, bir də, onunla ailə qurması mövzusunda danışdım. Deyir, “rayon yeriydi, mən də cavan qız idim. Cəmi 17 yaşım vardı, o da 20 yaşındaydı. Elçi gəldilər, atam da razılaşdı. İndiki ağlım olsaydı, ona ərə getməzdim…”

Pərvin ABBASOV

Bax belə..

“Kimdir müqəssir? “Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən, əli qanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı günahsız yavrumu (Yavru – Firəngiz nəzərdə tutulur. Oqtay Karl rolunu oynayarkən, Amalya rolunu oynayan Firəngizi səhnədə rol üçün yox da həqiqətən bıçaqlamışdı.)? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şillermi?”

Cəfər Cabbarlı:Oqtay Eloğlu

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Qızılgül əfsanələrindən..

Qadın tək gözəl, füsunkar, incə olan güllər…

Sevgi, gözəllik, incəlik rəmzi olan qızılgül – heç vaxt modaya tabe olmayan, hər zaman öz birinciliyini saxlayan bu gözəl gül düz 5000 il bundan əvvəl Asiyada yetişdirilməyə başlayıb.

Ardı 

 

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Qarnımızın qullarıyıq..

Belə bir məsəl var: “Yarmqarın yeyin ki, sağlam olasınız.”

İnsan hər gün oruc vaxtı düşünür ki, iftar olsun hər şeydən yeyəcəm. Amma, bəzən iftar zamanı Allahın verdiyi nemətlərdən az-az dadırsan və o da kifayət edir. Amma, bəzən elə də olur ki, insan o qədər yeyib-içir ki, sonra tərpənməyə halı da olmur. Qarın köpür, nəfəs almaq mümkün deyil. Bu yerdə də deyirlər ki, “qarın doyur göz doymur”.

Əslində söhbətim tək iftar zamanından deyil, gündəlik həyatdakı qidalanmağımızdan gedir. Görəsən partlayacaq qədər yemək doğrudurmu? Görəsən insan nə üçün fasilə vermədən mədəni bu qədər yükləyir?

Hal-hazırki toylarımıza diqqət yetirsək görərik ki, süfrədə barmaq qoyacaq qədər belə yer olmur. Bir çox insanlarımız da hər şeydən yeyir, içir, sonra isə qalır belə.

Bəzən toylarımızdakı bu süfrə bolluğundan israfçılıq kimi danışsaq da, bir tərəfdən də baxanda bu insana bir növ seçim haqqı verir. Yəni orda müxtəlif növ salatlar varsa, bu o demək deyil ki, hamı hamısından bəyənir və yeməlidir. Biri birini bəyənər, biri digərini. Yəni israfçılıq bir yana bu daha çox zövq və seçim məsələsidir. İnsanın isə öz ağlı öz şüuru.Nədən nə qədər yeyəcəyinə və ya dadacağına özü fikir versin. Amma, bir tərəfdən də yuxarıda “qarın doyur, göz doymur” məsəli ki varee, yəqin ki bu süfrə bolluğunda da, bu məsəl öz təsdiqini tapa bilər. Mədə nə qədər doysa da göz doymaya bilər.

Nə isə keçim mətləbə, yəni, bir oturuma həddindən artıq çox yeməyin ziyanına.

Peyğəmbər (s) də buyurub ki, mədəni 3 hissəyə ayırın: bir hissəsini təam üçün, ikinci hissəsini su üçün, üçüncü hissəsini isə nəfəs çəkmək üçün boş saxlayın.
Nəfəs çəkmək üçün boş saxlamaq?! – buna artıq çatmırıq. Çünki, mədədə nəfəslik yer saxlamırıq. Bəs belə olan halda nə baş verir?

Bir kitabdan oxuduqlarım:
İnsan nəfəs çəkəndə qarın boşluğunu göyüs qəfəsindən ayıran pərdə (diafraqma) hərəkət edir. Nəfəs alarkən ağ ciyərlərə hava dolub onları genişləndirir; bunun nəticəsində diafraqma aşağı çökür. Nəfəsi xaricə verərkən ağ ciyərlər boşalır, onların həcmi kiçilir, diafraqma yuxarı qalxır. Odur ki, tənəffüs insanın qanına oksigen daxil etməkən ötrü lazım olduğu kimi, həm daxili üzvləri soyutmaq, həm də mədəni hərəkətə gətirib, həzm işini nizama salmaq üçün lazımdır. Əgər mədə ağzına qədər qida ilə doludursa və orada boş yer qalmazsa, onun üstündə olan diafraqma üçün qalxıb düşməyə imkan olmaz. Bu halda tənəffüs çətinləşər, ciyər hava ilə dolduqda diafraqmanı aşağı sala bilmədiyi üçün öz yanında yerləşən ürəyi sıxıb, özünə yer açmalı olar. Odur ki, həm tənəffüs tam olmayacaq və bunun nəticəsində qan karbon qazından tam təmizlənməyəcək, həm qana lazımi qədər oksigen daxil olmayacaq, həm ürəyin fəaliyyəti pozulacaq, həm də mədədə həzm işi nizamdan düşəcək.

Dəhşət! Sonra da oturub xəstəliklərə ağlayırıq.

Belə də deyirlər ki, insan nə qədər çox yeyərsə, mədəsi nə qədər dolu və tox olarsa kin, ədavət, kibr kimi hisslər daha fəal olar. O zaman insan hirsini cilovlaya bilmir. Belə çıxır ki, çox yemək əməllicə problemdir.

Bax belə. Demək ki, bizlər bəzən qarınqulu olmaqla orqanizmimizə, ömrümüzə çox ciddi zərbələr vururuq. Bunun nəticəsini isə bir həmənki gecə çəkirik, bir də müəyyən yaşa çatıb, müxtəlif xəstəliklərə düçar olanda. Ən dəəhşətlisi də odur ki, biz bunları bilə-bilə də edirik. Gərək unutmayaq: az yeyən adamın bədəni yüngül və sağlam olar.

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Sənin portretin – sifariş qəbul olunur.

Salam. Necəsiniz? Ümid edirəm ki, yaxşı olarsınız – amin.

Gəldim sizə bir təklif edəm. Kimi reklam deyəcək, kimi də bilmirəm nə. Amma, inanın ki bu heç önəmli də deyil. Adını nə istəsəniz qoyun. Şəxsən mən, təklif dedim. Deməli belə. Leyla adlı bacarıqlı bir qız həvəskarcasına portretlər çəkir. Onun da bloqu var. Qalereya -istəyən buyursun, baxsın.
Hal-hazırda Leyla sifarişlər də qəbul edir. Demək istəyirəm ki, o arzu edən şəxsə sadə qələmlə şəkildən portretini çəkə bilər. Buyurun əlaqə saxlayın, özünüzün və ya əzizinizin şəklini verin, portreti çəkilsin…

A4 formatında, sadə qələmlə – 10 AZN
İstəyən əlaqə saxlasın:
(055) 816-05-70
h_leyli@mail.ru

Onun bloquna baxa biləsiniz, amma, mən də öz bloqumda onun əl işlərindən bəzilərini yerləşdirirəm.. Fotoaparatın keyfiyyətinin zəifliyinə görə üzürlü sayın.

Skarlet Yoxanson və oğlan..

Z.Zidan

Antony Queen
qız
oğlan

nənə

qadın

Portret olmasa da bu da onun ən çox sevdiyim şəkillərindən biri.. Mmmm…gedim meyvə yeyim.

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Next Page →

Report This Blog