Tərbiyə..
Mən uşaqları elə çox sevirəm ki, onlar barəsində nə qədər daışsam azdır. Uşaqlar dünyanın ən pak, təmiz, günahsız varlıqlarıdır. Ən şirin nemətlərdilər.
Məni uşaqların tərbiyəsi çox narahat edir və düşündürür. Bu işdə valideynlərin öhdəsinə düşən vəzifə çox böyükdür. İnsanlar fərqlidir. Düşüncələr, zövqlər də eynilə. O qədər fərqli tərzdə düşünüən, hərəkət edən valideynlər görmüşəm ki, bunların çoxu heç də təqdirə, bəyəniyə layiq deyil. Bəzən həddindən artıq dəcəl, söyüş söyən uşaq görəndə düşünürəm ki, uşağın belə olması nədən irəli gəlir?! Düzdür, mən psixoloq deyiləm. Sadəcə, adi bir insan olaraq bu məni hər zaman düşündürür.
Mənim fikrimcə uşağı tərbiyələndirərkən, elə tərbiyləndirmək, elə təməl atmaq lazımdır ki, təməl qoyularkən, gələcəkdə bəmbərk dursun. Düzdür, bəzi qarşısı alınmayan şeylər də var ki, uşağa təsir edir. Yəni, uşaq böyüdükcə həyata atılır. Bağça, məktəb çağları başlayır. Bu da onu göstərir ki, artıq onun ətrafı da genişlənəcək. Dost-tanışları çox olacaq. Əgər, uşaq ömrünün 11 ilini, 9 ayın, altıncı, bazar və bayram günlərini çıxmaqla hər gününü məktəbdə keçirirsə, bu o deməkdir ki, ordan da tərbiyə əldə edir, necəsi isə, müəllimlərin, dostların, tanışların vicdanına qalıb. Uşağı bu ətraf aləmin pis vərdişlərindən qorumaq üçün, mütləqdir ki, hər zaman ona diqqət yetirilə, hər zaman onun tərbiyəsi üstündə çalışıla, onunla danışmaq, ona nəylərisə başa salmaq, onun fikirlərini, düşüncələrini öyrənmək, onda səhv tutulan zaman, onu döyüb, hədələməkdənsə, ona səhvləri, düzləri öyrətmək, başa salmaq lazımıdır.

Valideynlər görmüşəm, uşağa hələ lap uşaq çağlarından deyirlər ki, qaqaya və ya başqa birisinə “eşşək de, oğraş de” (bu sözümə görə üzr istəyirəm) və ya bundan başqa ədəbsiz sözlərə uşağı öyrəşdirirlər. “Onu vur, ak elə” deyirlər. Bəzi valideynlər, iki uşağının yanında, yəni, məsələn birinin artıq 5 yaşı var, digərinin 4. Ana, 4 yaşlı uşağa deyir ki, -“qaqa pisdir, sən yaxşısan” Burda qardaş həmən 5 yaşlı uşaqdır. Məncə, bu üsullar heç də düz deyil. Axı onlar uşaqdılar, beyinləri təmiz bir vərəq kimidir. Siz nə yazırsınızsa, onlar da onu oxuyurlar. Həmən uşaq, qardaşını öpüb, qucaqlamaq əvəzinə, onu vurur, pis düşünür. Nəyə lazımdır belə tərbiyə..
Atalar görmüşəm, 6 yaşlı uşağına siqaret aldırır və hətta ona da verir ki, “dad, gör nə yaxşı şeydir!”Yazıq ana, qaçıb, gəlib o siqareti uşağın əlindən almasa, ata onu çəkdirəcək balasına. Siqaret nədir, hələ uşağa içki aldırıb, daddıranlar da görmüşəm.
Bəzi analar, uşağı otuzdurur oyun kompyuteinin arxasına ki, otur oyna. Bu da təbii ki, uşaqların, ən əsası da ki, oğlan uşaqlarının çox sevdiyi bir məşğuliyyətdir və əlbəttə ki, uşaq saatlarca kompyuterin arxasında yorulmadan oturacaq. Bunun xeyrini mənə başa salın! Bəlkə, mən nəyisə bilmirəm? Nəyəsə xeyri var, ya yox? Məncə, heç bir xeyri yoxdur. Bu yalnız analara sərf edir, çünki, öz işlərini rahat görsünlər, uşaq ortalığı çox dağıtmasın deyə, bu onlarçun “yaxşı üsuldur”. Uşaq kompyuterin arxasında oturub, oynaya bilər, amma, diqqət yetirilməlidir ki, bu saatlarla baş verməsin. Axı, bu uşağın həm sağlamlığına, həm də psixikasına təsir edir. Gözlərinə ziyandır. Bilirik ki, oğlan uşaqları komyuterdə daha çox, atışma, silahlı-milahlı oyunlara üstünlük verirlər. Heç bilirsinizmi bu oyun zamanı, uşaqların qanına nə qədər adrenalin ayrılır? O emociyalar ki, onlar yaşayırlar bu oyun zamanı, dəhşət. Həqiqətən də görmüşəm, uşağın oyundakı düşmənini necə öldürə bilməyib, coşub-özündən çıxdığını. Sonra da uşaqlar öz aralarında əməlli-başlı bir-birlərini döyərək, dava salanda, deyirik ki, bunlar niyə belə edirlər, dəcəl uşaqdırlar və onları sakitləşdirə bilməyərək, döyürük. Buyurun sizə tərbiyə!!! Özüm rahat oturum deyə, uşaqların belə yolla başın qatmaq əvəzinə, onunla vaxt keçirməyə, onun tərbiyəsi, biliyi üstündə çalışın. Onunla söhbət edin. Ona sevgi, diqqət yetirin ki, uşaq bunu hiss etsin. Bəzi uşaqlar sevgisizlik, diqqətsizlik ucbatından hirsli, kinli, aqressiv böyüyürlər. Belə şeylərə yol verməmək lazımdır. Axı, bu onların gələcyinə təsir edir.
Valideynlər uşaqlarının gözləri önündə dava salıb, ağızlarına nə gəlsə danışırlar. Nə üçün? Niyə belə edirsiniz? İnanın ki, bu, uşağa o qədər mənfi təsir edir ki… Atalar anaya hirslənib, ananı uşağa şikayət edir, pisləyir, soyudur, ya da əksinə ana belə edir. Bu doğru hərəkətdirmi? Əlbəttə ki, yox… Başa düşə bilmirəm, valideynlər belə incə şeyləri niyə düşünmürlər? Nə probleminiz varsa, onu öz şəxsi otağınızdan kənara çıxarmamalısınız.
İndi əyri oturun, düz danışın: kimdir tərbiyəsiz dediyimiz uşaqların tərbiyəsizliyinin, kininin, üsyankarlğının günühkarı?!
Birdə ki, onuda deyim. Uşağa uşaqlıqdan belə bir kəlmə öyrədilir. “Allah baba bizə kömək edəcək, gəl Allah babaya dua edək” və s. Bu yaxşı bir şeydir ki, uşağa Allahın varlığını başa salır, uşaqlıqdan onu buna öyrədirlər. Amma, burda onunla razılaşmıram ki, Allaha baba demək. Bu düz deyil. Uşaqları belə öyrətməyin. Allah, baba deyil. Allah Allahdır. O, nə dağmayıb, nə də doğulmayıb. İstərdim ki, belə şeyləri bilək və uşaqları doğru yönləndirək, doğru tərbiyə edək..
Nə isə, çox şey yazardım hələ, amma, uzatmıram. Bir onu istəyirəm ki, heç birimiz səhvə yol verməyək, o səhvə ki, kiminsə həyatına, gəlcəyinə mənfi təsir edəcək.
Muzey …
Tariximiz yeni don geyinir əyninə.. Gündən-günə şəhər dəyişilir, modernləşir. Gözəlləşir, çirkinləşir və s. Kiminə gözəl, kiminə tam əksi. Mən şəxsən şəhərimiz tarixi abidələrinə toxunulmasını heç istəməzdim. Yenilənsin, təmizlənsin, gözəlləşsin – razıyam. Sadəcə tarixi abidələrə toxunulmasın. Nə isə sözüm uzandı. Əl-qərəz ki, mövzum başqadır.
Sındı o hasar..
Biz öncəki yazımda Sevgidən danışmışdım. İndi isə ondan danişmaq istəyirəm ki, cavan ikən sevgi gur olur, bəs necə olur ki, yaş ötür, sevgi nifrətə dönür?
Bir çox insanlara, ailələrə rast gəlmişəm ki, hansı ki, sevginin, əsl hissin dadını dadıb, ailə qurub, hörmət, sevinc, sevgi içində yaşayıb, gözəl şirin övladlara sahib olublar və onları da sevgi ilə böyüdüblər. Amma, yaşa dolduqca problemlər, söz-söhbət, dava-dalaş, üzüntülər baş verir. Bir-birlərini incidirlər … Onlara baxıram və düşünürəm: axı, onlar da vaxt var idi, dəlicə sevib, sevilirdilər, onların da bir-birlərinə məktubları, şerləri var, hansı ki, indi yatır sandığın bir küncündə gəncliyin, sevginin ən şirin, gözəl xatirəsi olaraq. Onların da üzlərindən, gözlərindən təbəssüm yağan, sevgi dolu şəkilləri var və indi də həmən o sevgi dolu şəkillər yenə də həmən o şirin xatirələrdə qalıb. O xatirlər və sevginin bəhrəsi olan övladlarından başqa heç nə saxlamayıblar. Bunları görürəm, elə üzülürəm, elə qorxuram ki… Kin, nifrət, hirs və s. sarıb könüllərini və beyinlərini, bunlar bürüyüb ürəkdəki o sevginin üstünü. Bəs nə üçün bu bahar qışa dönür, nə üçün sevginin üstünü qara buludlar alır, hanı o canımızdan belə keçəcək qədər, bizə sevirəm dedirdən, o ülvi hisslər???
Bunların çox səbəbi ola bilər. Yəqin ki, ən əsasları da ki, keçimsizlik, ilgisizlik, kasıblıq, xəyanət və s. və beləcə SINDI O HASAR, ÇÖKDÜ O SEVGİ…
Sevginin yerini nifrətə verməsi yəqin ki, hər ailədə, hər ürəkdə, düşüncədə müxtəlifdir. Amma, mən daha çox o hallarda buna rast gəlmişəm ki, ailədə keçim, pul problemi olur. Sevənlərçün pul, problem deyildi o vaxt, haçan ki, gənc idilər. Amma, indi ki, övladları var, ata işləmir, pul yoxdur, uşaqlar acdır, ayaqlarına geyəcək bir şey yoxdur, üst-baş yalındır – bax elə bundan başlayır çartlamağa o sevgi. Axı balaları acdır, qadın bir dözür, iki dözür, sonda bezir və sərt dillənir. Başlayırlar atışmağa. Əgər bir dəfə bu ip qırıldısa, bu beləcə də davam edir və sevgiyə əlvida, buyurun əzab, nifrət xoş gəldiniz.
Necə də qorxuncdur elə deyilmi? Allah hər zaman köməyimiz olsun. Bəlkə də mənə bunları kənardan müzakirə etmək daha rahatdır. Amma, mən çalışacağam ki, hər nə olur-olsun, sevgimi qoruyub, saxlayım. Düzdür, bu tək mənlik deyil, sevdiyim şəxsdən də bunu gözləyəcəm. Çalışacağam ki, sevincdə də, qəmdə də bərabər olam onunla. Onu başa düşəm, ona kömək edəm, hörmət edəm..
Sevgidən sonra ən əsas şey, bəlkə də, sevgidən də qabaq, mütləq hörmətdir. Ey insanlar, bir-birinizi həqiqətən sevin, dinləməyə çalışın, bir-birinizi başa düşün. Adi bir söhbət olanda biz gənclər öz səhvlərimizi görmürük və bizə bu səhvlər deyilən zaman, coşub çıxırıq özümüzdən, hirslənirik, küsürük. Ya da başqa bir şey, davamız olur, naz edirik, qürur edirik. “Mən onun ayağına getməyəcəm, özü gəlsin” –deyirik və günlərlə danışmırıq. Bilinki, qürur ancaq, insanlardadır, sevgi də olmamalıdır. Çoxmu çətindir sakitcə oturub, bir-birimizə nədən razı, nədən narazıyıq demək? Çoxmu çətindir bir-birimizi dinləmək, başa düşmək? Gərək hər zaman dilimiz acımı olsun? Vallah, bu acılıqdan bir şey çıxan deyil.
Mütləq hörmət edin bir-birinizə, hörmətin, sayqının pərdəsini aradan qaldırmayın. Sevdiyiniz, yoldaşınızı həmişə dinləməyə, başa düşməyə çalışın. Sevginin təməlini elə bərk qoyun ki, o sevgi gələcəkdə uçub, dağılmasın.
Banal mövzu, ülvi hiss – Sevgi..

Bəlkə də yazdıqlarım banal görünəcək, olsun..))
Sevgi nədir? Bu suallara çox rast gəlirik, elə deyilmi? Bununla yanaşı çox-çox müxtəlif cavablara da. Bilirik ki, sevgi qəlblərdə hər kəsə (yəni əzizlərinə, ümumi mənada) bəslənilən bir hissdir. Könül heç vaxt sevgisiz təsəvvür oluna bilməz. İstər Allaha, istər Vətənə, istər doğmalara və s, və i.a. Amma, mən bu yazımda nə Allaha, nə Vətənə, nə valideynlərə, nə də ki, digər əzizlərə duyulan sevgidən yox, məhz bir şəxsə, hansı ki, gələcəyimizi onunla paylaşmaq istədiyimiz, övladlarımızın anası və ya atası dediyimiz insana qarşı olacaq sevgidən danışmaq istəyirəm.
Bu sevgi əsən külək kimidir, həm üşüdür, həm ürəklərə sakit bir sərinlik yayır. Həm şirindir, həm acıdır. Sevgi ele şeydir ki acısıda şirindir, doğmadır. Bəs niyə deyirəm “sevgi elə şeydir ki”…Çünki onu dilə gətirmək mümkün deyil. Eşq mənim eşqimdir. O mənim içimdədir. O sadəcə sahibinin görə biləcəyi bir yerdədir, o mənim gözlərimin dərinliyindədir.
EŞQİN NƏ OLDUĞUNU SEVENLER BİLİR özüdə lap yaxşı bilir. Mən başqasına bunu danışsamda, sevginin nə olduğunu başa salmağa çalışsam da, o özü nə olduğunu dadmayınca bilməyəcək. Sevin və sevilin onda biləcəksiz ki EŞQ, SEVGİ nədir.
Sevgi dəyərli bir hissdir. Amma, zəmanəmizdə sevgi artıq elə hala salınıb ki, bu nə sevgidir? –deyəsi gəlir insanın.
“Mən gedərəm o oğlana onun pulu çox olsa”… Bu məşhur kəlmə yəqin ki, çoxlarına tanışdır. Çoxları üçün sevgi hal-hazırda maddi sərvətdir. O bəslənilən ülvi hisslərdən nə əsər var, nə əlamət. Bir-birlərinə verdiklərin dəyər, bəslədikləri həmən o sevgi maddiyyatla ölçülür. Hanı burda sevgi? Acıdır, məncə çox acıdır.
Başqa acı olan bir “sevgi” deyim nə isə… Əslində sevgi də yox, vaxt ötürmək, sevgini sadəcə və sadəcə bəyəni ilə səhv salmaq və qiymətləndirməmək. Məsələn 2 gənc bir-birini görür, bəyənir, tanış olur, gəzir-dolanır, sevişirlər (təbii ki, bu hamıya aid deyil) və bir müddətdən sonar deyirlər ki, mən səni yaxşı tanımamışam və ya mən artıq səndən soyumuşam, sən mənimçün maraqsızsan və s. və ayrılırlar. Sonra yenidən kimisə görürlər, bəyənirlər, yenidən özlərinin düşüncələrinə görə kiməsə aşiq olurlar, sevirlər dəlicəsinə və yenə də bir müddətdən sonar bu dəlicə sevgi toz olub uçur göylərə. Bu beləcə davam edir, adını da qoyuruq sevgi. Sual verirəm, məgər, bu həqiqətən sevgidirmi?
Üzümü daha çox 13-14-15 yaşlı yeniyetmə çağlarında olan gənclərə, daha doğrusu uşaqlara tutub deyirəm ki, özünüzü aldatmayın. Sizin “sevirəm, sevirəm”, “ay dərdindən ölürəm” , “ay ürəyim partlayır”, “o olmasa ölərəm” kimi dediyiniz şeyləri siz özünüz-özünüzə sevgi adı altında yeridirsiniz. O sevgi deyil, sadəcə bəyənmək, xoşlanmaq, sadəcə (ən əsası oğlanlar üçün) dolamaq, vaxt keçirməkdən başqa bir şey deyil.

Sevgi başqa şeydir. Gənc yaşlarınızda sevgi axtarışına düşüb, azmayaq. Sevgi özü öz vaxtında gəlib tapacaq bizi. Deyə bilərsiniz, indi o qədər ailələr var ki, onlar uşaq yaşlarından bir-birlərini sevib, bir-birlərinə sadiq qalıb, böyüyüb, ailə qurublar. Bəli, razılaşıram, amma, bu hər zaman öz təsdiqini tapmır. Axı, zəmanəzmizdə hər şey tamam başqadır. İnsanlar öz əməlləri ilə hər şeyi dəyişiblər, hansı ki, sonda belə bir kəlmə işlədirik: Zəmanə dəyişib. Birindən soruşsan, bir 15 sevgilisi olub -deyəcək. İnsanlar Avropalaşıb, hər şeyə adi baxırlar. Amma, bu belə deyil. “Mən səni sevirəm” sözü elə adi hal alıb ki, indi heç bu sözün dəyəri də qalmayıb. Özümüzü çılğın davranışlara verib, çılğınlaşmayaq. Həqiqi sevginin ləzzəti, çılğınlığı başqadır.
Elə sevək ki, sevgi də bununla fəxr etsin.
"Şüur…"
Camaat artıq bilmir ki, nə işlə məşğul olsun. Deyir qulaq gündə bir söz eşitməsə kar olar..
Maraqlı bir jurnalın internet saytında oxuyuram ki, bir plastik cərrahın belə bir fikri var ki, insan özünü istədiyi hər hansısa bir heyvana bənzədə bilər. Bu onun arzusdur ki, belə bir işlə məşğul olsun və bu onun gözəllik anlayışıdır.
Ay balam, Allah səni heyvan yaratmaq istəsəydi, yaradardı da. Nə bilim, vallah, bu adamlarda nə ağıl var, nə də Allah qorxusu.
Düzdür bu yazılar versiyalardır. Amma, bunlardan savayı, televiziyada tatu və digər əməliyytalar vasitəsilə özlərini sevdikləri heyvana (şirə və pişiyə) çevirən bir kişi və bir qadını görmüşəm.
Bundan yəqin ki, çoxlarınızın xəbəri var, bu nə sirrdir, nə də zarafat. Bədənin bütün hissələrini kök və qara rənglərə boyayan, qulaqlarını, burnunu, dodaqlarını, gözlərini, ümumiyyətlə üzünün bütün hisssələrini həmən heyvanın üzü görüntüsündə etməkçün bıçaq altına yatan, dodağının üst hissəsinə süni heyvan bığları taxdırankişi və bu tip proseslərlə özünü pişik simasına çevirən qadın. Hələ özlərinə əməlliyyat vasitəsilə quyruq da taxdırıblar. Yəqin ki, belələri çoxdur, nəinki iki nəfər. Bu dünya dağılmasın, neyləsin? Bütün murdar fikirli insanlar öz əməlləri ilə qəzəbinə səbəb olurlar yaradanın.
Nə deyim, Allah ağlımızı əlimizdən almasın!

Bu şəkildəki qadının əri pişikləri çox sevir deyə, qadın üzünü əməlliyyat vasitəsilə pişiyinki kimi edib, sən sevgiyə bir bax. Götür simavı dəyiş ki, nə var, ərim pişik xoşlayır.. Amma, təbii ki, yoldaşı çox keçmədən onu başayıb. Bu isə qadının əməliyyat qabaqkı şəklidir:

Heç kimə sirr deyil ki, dünya şöhrətli Maykl Cekson rənginin dərisin bəyənməyib, rəngini dəyişərək ağ dərili oldu. Nə olsun?

Günü gündən çürüyür dərisi.
Bizlər gərək yolumuzu azmayaq. Həyat mənimdir, nə istədim edərəm deməklə deyil!!!
Günahlar Muzeyi..
Neçə-neçə illər bundan qabaq, bir muzey yarandı. Əslində bir də deyil, bir neçə. Dünya özü bir muzeydir, amma, mən dünyada olan başqa bir muzey haqqında danışacağam – “Günahlar Muzeyi”. Yəqin ki, mən günahlar muzeyi deməklə velosiped kəşf etmiş olmuram. Kim ki, oturub bu barədə dərindən düşünsə, o da belə bir nəticəyə gələcək və ya bundan başqa, maraqlı bir ifadə irəli sürəcək.

Muzeydə nə istəsəniz var. Muzeydə yeləşdirilən işlərin yaradıcıları adi insanlardır. Hansı ki, demək olar ki, orda mənim də, sənin də, başqalarının da… işləri yer tutmaqdadır. Muzey indiyə kimi fəaliyyət göstərir, özüdə necə lazımdır. Yəni, ən öndə gedənlərdən biridir. Baxmayaraq ki, ora bilet də lazım deyil, sadəcə olaraq bir günah işləyirsən, bu qədər. Lakin, bu muzeyi öz dəyərli işləri ilə dolduran yaradıcı insanlar bilmirlər ki, nə qədər çox iş görəcəklərsə, o qədər də bədəl ödəyəcəklər. O biri dünyada bədəli ağır olacaq. Amma, bunu hiss etməyənə nə fayda?! Muzey genişləndikcə genişlənir, məhşulaşdıqca məhşurlaşır və get-gedə üstünüyə qalxır.
Deyirlər ki, çiyinlərimizdə mələklər var, hansı ki, biri (sol çiyin) günahlarımızı, digəri isə (sağ çiyin) savablarımızı yazır. Görəsən, dünyanı tərəziyə qoysaq, hansı çiyni ağır gələr? Görəsən, elə bir vaxt olacaqmı ki, günah, pis işlər, əməllər olmayacaq? Əlbəttə ki, elə bir vaxt, elə bir yer var: CƏNNƏT. O pak dünya. Amma, o cənnəti mən görəcəyəmmi? Mən, o günahsız, tər-təmiz dünyada yaşayacağammı? Bunu görmək, yaşamaq üçün gərək mən bu dünyada günahsız olam. Düşündükcə çox qorxuram. Allahdan hər zaman doğru yolda olmağımı, nəfsin qurbanı olmamağımı diləyirəm. Amma, yenə də çox qorxuram. Bəlkə nəyisə səhv edirəm, bəlkə kimisə incitmişəm nə vaxtsa? Ya CƏHƏNƏMƏ düşsəm, ya o əbədi əzabda yanıb-yanıb, yenidən dərilənib, yenidən yansam, o gözəl cənnətdə gözəlliklər içində yaşamaq dura-dura. Mən bunları düşünürəm, yəqin ki, mənim kimi düşünənlər də az deyil. Amma, bəs belə düşünməyənlər? Bax, onların nə düşündüyünü başa düşə bilmirəm.
Ürəklərdə sadəlik, sevgi yoxdur. Kobudluq, alçaqlıq baş alıb gedir.
Axı, heç kim, heç kimdən fərqli deyil, hamının bir bədəni, bir canı, iki gözü, iki qulağı, iki əli, iki ayağı … var. Bu bir-birinizi bəyənməmək, bu kobudluq, bu paxıllıq nəyə lazımdır axı? 10 dəfə yox, 1 dəfə yaşayacaqsan. Nə üçün kimsə sən dünyadan köçəndə arxanca rəhmət oxuyacağına lənət oxusun. Bəs Cəhənnəmdən qorxmursanmı?
Uşaqları incidirlər, elə bil özləri uşaq olmayıblar, qocalarla məzələnirlər, elə bil qocalmayacaqlar. Yenə deyirəm, heç kim heç kimdən fərqli deyil, sənin də üzünə qırışlar, sənin də saçına ağlar düşəcək, sənin də belin büküləcək.
Qulaqları, başı, burnu yekə, gözləri çəp, ayaqları əyri … olanlarla məzələnmək, onlara gülmək nə deməkdir? Allahın sənə verdiyi simaya, sağlam cana görə ona şükr etməlisən, digərlərinə gülüb, lağ etməkdənsə. Onun yerində sən də ola bilərdin.
Ananı döyən kim, atanı söyən kim.. Pozğunlq, zorakılıq, ədəbsizlik baş alıb gedir, özüdə elə adi hala çevrilir ki, indi biri çıxıb yazacaq ki, -”müasir zəmanədi”. Zəmanə müasirdir, amma, bunlar müasirlikdən deyil, sən qudurmusan. Bu müasir zəmanə də vaxt gələcək keçmiş olacaq. Sən də keçmiş olacaqsan. O biri müasir zəmanənin gözündə sən də köhnə olacaqsan.

Niyə ürəklərdə sadəlik yoxdur? Çoxlarının burnu göydədir, nədir-nədir ki, cibi pulla doludur, 5 ali təhsil alıb, ildə nə bilim neçə dəfə xaricə uçur və s. … . Nə olsun? Bunun nəyi ilə öyünürsən, ürəyin ki yoxdur, ağlın ki, yoxdur..Mən kasıbam, universitet oxumamışam, bəlkə savadımda yetərincə deyil, amma, bu o demək deyil ki, məni saymamaq, adam yerinə qoymamaq lazımdır. Özümdən razı deyiləm, dağları mən yaratmamışam ki, yuxarıdan aşağı baxım. Kiminsə gülüşünə, sevincinə səbəb oluramsa, bu xoşbəxtlikdir. Mən Allahlığımla, ürəyimlə, sadəliyimlə fəxr edirəm. Bəs sən nəyinlə fəxr edirsən. Günahlarınlamı?
Hər anım, başımın üstündəki tavan, ayağımın altındakı döşəmə, üstünə uzandığım döşək, üstümə örtdüyüm yorğan, yediyim çörək, içdiyim su üçün Allaha şükr edirəm. Çünki, bilirəm ki, mən evdə, tox, isti yorğan-döşəkdə mışıl-mışıl yatdığım an, evsiz-eşiksiz, ac, ayaqyalın, soyuqdan donanlar var. Şükr etməyi, əfv diləməyi bacar.
Ey insanı bəyənməyən insan! Bir dayan da, düşün! Heç vaxt gec deyil, ürəyindən kini, paxıllığı, pisliyi sil, ümumiyyətlə, ürəyinin daşını sındır, buzunu ərit.
Allah bizi hər zaman doğru yolda tutsun, səhv əməllərdən çəkindirsin, günahlarımızı bağışlasın, nəfsin qurbanı olmayaq. Allah xəstələrə şəfa versin, insanlara can sağlığı. Ölənlərə rəhmət eləsin. Hər zaman hər birimizə kömək olsun. AMİN.
Günahlardan çəkinin, bağışlanmağı diləyin, şükr edin, dua edin.

