Home
Yumroo

Yaşın nə fərqi var ki?!

Eşqdir mehrabı uca göylərin,
eşqsiz ey dünya nədir dəyərin?

Sevgi, eşq, məhəbbət.. Bizlər hər zaman sevgidən ağız dolusu danışırıq. Bilsək də bilməsək də. Çoxları sevgi haqqında ümumiyyətlə ətrafda, seriallarda gördüklərindən, kitabda oxuduqlarından təsəvvür edib dəm vurur, çoxları da hiss etdiklərindən irəli gələrək danışır. Biri üçün bu hiss ülvi olsa da, onu oxuyan üçün bu elə də maraq kəsb eləmir. Ancaq o an ona maraqlı olur ki, o bu sevgini özü hiss edib, yaşayacaq.

Qısacası, sevgidən başladım, amma, söhbətim eşqdən, məhəbbətdən yox, eşqdə olan yaş, boy fərqlərindəndir… Elə o vaxt İlhamə xanım da belə bir mahnı oxuyurdu: Yan nə fərqi var ki, sevirəm səni?!

Həə dediyim kimi çoxları sevgini ülvi, təmiz bir şey adlandırsalar da, bəzən belə fərqlər nədənsə bu hissin qarşısında bir sədd çəkir və az da olsa bu təmizliyə bir ləkə salır. Bilmirəm bu nə dəəcədə doğrudur. Belə olmalıdırmı? Sevginin yaşdan asılılığı varmı?

Bu yaş fərqini qızlraın kiçik oğlanların böyük olması ilə bağlamıram.
Mətləbim oğlanların kiçik, qızların böyük olmasındadır. Görəsən bu xoşbəxtliyə mane olurmu? Nə bilim. Mən bir neçə cütlük tanıyıram hansı ki qadınlar kişilərdən 3 yaş, 5-6 yaş böyükdürlər, amma, xoşbəxt ailə sürürlər, övladları da var. Çoxları isə bunu gizlədir.

Düşünürəm bəlkə 5-6 yaş hara, 10-15 yaş hara. Ümumiyyətlə, bu xoşbəxtliyə mane ola bilərmi? Çoxları buna fikir vermir, “kimin nəyinə gərək” deyib yaşayır, bəziləri isə əksinə, cəmiyyətin fikri ucbatından sevgini bada verir.

Eləcə də boy məsələsi. Qızların boyda oğlanlardan böyük olmasına bir az qəribə yanaşırlar. Bəlkə də boy ilə yaş məsələsini gərək bir yerdə qeyd etməzdim. Nə bilim bunu da yazdım beləcə..

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Nyam-nyam))

Salam əziz dostlar! Hərçənd ki, burdakı dostların çoxu oğlanlardılar, amma, cəhd edib mövzumu yerləşdirirəm)))

Deyirəm varam daa, qürbətdə yaşayıb, amma, yenə də Vətənini həqiqətən sevməkdə davam edən, onun üçün nəsə etməyə çalışan vətəndaşlarımız üçün. Yoxsa mənim kimi? Danışmaqdan, yazmaqdan başqa bir işim yoxdur. Nə isə halal olsun deyirəm. Bir çox bloqlarımız sırasında mətbəxə həsr edilən bloqlar var, hansı ki bunlardan çoxlarınız agahsınız. Biri məhz elə Ayşe Nur bacının “Yaşasın Yemek yemek” bloqu, hansı ki, ikiəlli dəstəkləyir, ləziz nəticələr verən reseptləri ilə faydalanıram.

Bu dəfə də yeni yaranmış bir bloqu sizə tanıtmaq istəyirəm. Bloq “Fəridənin yemək kitabı” adlanır. Mən Fəridə ilə blogcatalog ünvanimda tanış olmuşdum. O vaxtlar onun mətbəxlə bağlı bloqu hələ ingilis dilində idi. İş orasındadır ki, Fəridə ABŞ-ın Kaliforniya Ştatının Lonq Biç Şəhərində yaşayır və Azərbaycan mətbəxini orada təmsil edir. Sonra isə mən və mənim kimi bəzi insanların xahişi ilə Fəridə sevə-sevə bloqunun Azərbaycan dilli versiyasını da hazırladı və netçilərin istifadəsinə verdi ki, faydalanalar. Artıq neçə vaxtdır ki bu bloq fəailiyyət gpstərir.

Çox sağ ol deyirəm.

Bununla yanaşı Fəridə ABŞ-da Azərbycan Kulinarıyasına aid kitabının nəşrinə hazırlaşırdı. Düzü xəbərim yoxdur, bəlkə də artıq kitb hazırdır və orda satışdadır. Çox gözəl bir işdir bu. Onu alqışlayır və uğurlar diləyirəm.

Qayıdaq bloqa. Bloq tək zəngin Azərbaycan mətbəxinin təamlarından yox, eləcə də dünya mətbəxi və Fəridənin öz icadlarından ibarət olan pişkintilərlə sizin diqqətinizə həvalə olunur. Haydı bir göz atın, inanıram ki, siz də oranın daimi qonağına çevrilərsiniz. Ya da sakininə çevrilərsiniz))

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Taleyin hökmü!

İlahi, bilmədiyimiz yazılı ömürdə
qanunsa hökmdür sevib-sevilmək
bəs qaranlıq tənha gecələrdə
yalnızlığı anmaq, axı nə demək?

Şimşək çaxmasa da qara buludların
göz yaşı, damlası çatacaq yerə.
Varmı görən cavabı dolu sualların?
yerində buz yağışı tək batacaq mənə.

Sanki könlümüz incə xəyalları,
qanadlarda uçurur bildirməyərək
elə könlümüz tək şüşə arzuları
bir an yerə salıb sındıraq gərək?

Yoxdurmu mənası fani dünyanın
görəsən yaşamaq çoxmu çətindir?
Sevgidir ağası indi həyatın
sevilmək bəlkə də necə də şirindir.

Taleyin, qismətin hökmünə kölə
bəlkə də sevgiyə yenik düşmüşük
o zaman sevincə, kədərə görə
biz hər an yaşayıb, hər an ölmüşük
həyat bizi sadə: ağlı-qaralı
biz, demə, həyatı rəngli görmüşük…

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərhiniz silinəcəkdir.

Report This Post

Həyat özü də bir məktəbdir.

Bir neçə vaxt öncə bir film (“Xarabalıqdan çıxmış milyonçu”, “Slumdog Millionaire”, “Миллионер из трущоб”) izlədim. Hansı ki, bu film 2009-cu ildə mükafatlara da layiq görüldü. Mən də izlədim və istədim ki, öz təəssüratlarımı bölüşəm. Filmdən çıxartdığım nəticə: həyat da bir məktəbdir, elə deyilmi?! Həm də böyük məktəb!

Film mənə çox təsir etmişdi.

Ardı

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərh silinəcəkdir..

Report This Post

Azərbaycana gəldim))

Azərbaycana gəldim)))

Salam dostlarım, oxucularım.. Düz neçə vaxtdır netdən uzağam. Səbəb də ki, Azərbaycana gəlişimdir. Bir çox dostlarımın, oxucularımın “haralardasan” sualından sonra qərara gəldim ki, bu bapbalaca yazını yazıb yerləşdirim.
Başım bir az qarışıqdır. Bu qarışıqlıqdan əlavə internetimiz də çox göz alıcı deyil ki, kompyuter arxasına keçibən, rahatca saytları, bloqları ziyarət edib, yazıları oxuyub, şərh yazıb, səbirlə yazı yerləşdirim.
Bura gəlişimə sevinirəm, çünki, çox darıxmışdım. Həm də bayram ərəfəsi – Vətən, ailəm, əzizlərim..
İndi də Azərbaycandakı vəziyyətə baxıram, işlərə baxıram. İş axtarıram. Burda qalıb işləmək istəyirəm.. Buna görə də ola bilsin ki, yazılarım, ziyarətlərim bir az qıtlaşar. Qüsuruma baxmasanız sevinərəm. Amma, mütləq yazacam da, ziyarət də edəcəyəm.

P.S. Birdən kiminsə iş təklifi olar: sh_has@mail.ru
Təşəkkürlər.

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərh silinəcəkdir..

Report This Post

Əlinin xəmiri ilə…

El arasında, daha doğrusu kişilərin dilində belə bir məsəl var: “Əlinin xəmiri ilə kişi işinə qarışma”.
Məncə və siz də mənimlə razılaşarsınız ki, bu məslə zəmanəmiz üçün atıq elə də önəm daşımır. Çünki, belə görünür ki, qadınlara bəzi sahələrdə daha çox tələbat olur. Hətta, indi bir çox kişi işlərində belə..
Burda (Sankt-Peterburqda) konduktorlar qadınlardılar. Təbii ki, buradakı avtobusların halı, vəziyyəti bizdəki kimi deyil. Heç kim durub çığırmır ki, “2 yer var, 5 yer var” və s. Hətta, avtobus, tramvay sürücüsü olan qadınlara da tez-tez rast gəlinir. Rahatca işlərini görürlər. Təsəsvvür edirəm bizdə belə olsa necə olardı? Bəzi kişilərin əlindən işləmək nədir, nəfəs almaq olmaz bəlkə də..

Zarafat da bir yana indi hər sahədə mütləq bir qadın barmağı var. Azərbaycanda da artıq bir çox şadlıq evlərində oficiantlar qızlardılar. Bu mənim xoşuma gəlmir, amma, onları yaxşı başa düşürəm.
Bir yazım var idi, daimi oxucularım xatırlayarlar: “İşdən tək pul qazanmaq?!”- bu yazımda söhbət tək puldan yox işdən həzz də almaq lazımdır – deyə yazmışdım. Bax elə bu yerdə bir şeyi qeyd etməsəm, yuxu yatmaram: oficiant qızın kimlər üçünsə içki, araq süzməsində nə həzz, nə ləzzət?! Di gəl ki, məcburiyyət! Məhz elə bu məcburiyyətdir ki, qadın bir əli ilə xəmir yoğurub, digər əli ilə sement də qarışdırar, dəmir də döyər, hasar da çəkər. Hələ üstəlik yoğrun, arğın bir yemək də bişirər. Başqa işləri saymıram hələ..

P.S. Yazım feministlikdən uzaq)). Kişilərin xətrinə dəyməsin, adamın Allahı var..

Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) istifadə edəsiniz, əks halda şərh silinəcəkdir..

Report This Post

Next Page →

Report This Blog