Düzgün yaz! – Aksiya
Posted on Fevral 21, 2009
Filed under Belə baxanda

Bu gün bir neçə bloqçularla aksiyaya başlayırıq. “Düzgün yaz” aksiyası adlanır və mən də öz növbəmdə bloqlarımla birlikdə bu aksiyaya həvəslə qoşuldum. Çünki, internet məkanında dilimizin də zamanla korlamasını istəmirəm.
Bu aksiyanın 21 fevral tarixində keçirilməsi lap ürəyimcə oldu, çünki, bu gün ana dili günüdür. Azərbaycan (türk) dili bizim ana dilimizdir. Bizlər isə müxtəlif yollarla ana dilimizi korlayırıq. Məsələn, cümlələrimizdə bəzi (uje, vse və s.) rus sözlərini işlədirik, yazı yazdığımız zaman sözü tələffüz etdiyimiz kimi yazırıq və s. Bunlar da dilimizin axıcılığını, düzgünlüyünü pozur. Ən pisi də odur ki, zamanla buna öyrəşmiş oluruq.
Bir səhvimiz də var ki, bu aksiya sırf onun aradan qaldırılmasına yönəlmişdir: ə, ö, ü, ğ, ı, ç, ş, İ hərflərini yazarkən bizlər onları yazmır və onların əvəzinə (e, o, u, g, i, ch, , sh) başqa hərflərdən istifadə edirik. Axı bu dilimizə hörmətsizlikdir. Əlifbamızda 32 hərf var. Əgər biz bu 32 hərfin hamısını olduğu kimi istifadə etmiriksə o zaman bu əlifba, bu dil bizim nəyimizə gərək, ancaq latın hərflərini istifadə edək bəsdir, dilimizi də unudaq getsin, danışanda da heç öz hərflərimizi istifadə etməyək.
Biz əslində onları dəyərləndirməliyik, çünki, onlar bizə xas olan xüsusi hərflərdir. Təəssüf ki, biz onlardan lazımınca istifadə etmirik və səbəb olaraq da müxtəlif bəhanələr irəli sürürük: “ya əlimiz öyrəşməyib, ya klaviaturda qoşulmayıb, ya zaman aparır və s.” Amma, bunlar boşdur. İstənilən dili klaviturda qoşmaq mümkündür, özü də ki, Azərbaycan dilini Azərbaycanda. Bu 30 saniyəlik bir işdir. O ki qaldı öyrəşməyə, bəs indi çalışmasaq, nə vaxt öyrəşəcəyik?! Məsələn, mən indi öz hərflərimizdən klaviaturda rahatca istifadə edirəm, bu mənimçün heç də çətin deyil və rahatlığıma maneə də törətmir.
Bizim gözəl nitqimiz, dilimiz, dilimizin axıcılığı var. Sadəcə bizlər nitqimizin mədəniyyətini layiqincə dəyərləndirmir və onu zamanla korlayırıq. Biz onu korlamaq üçün çalışmırıq, sadəcə “bizə belə yazmaq rahatdır” deyirik və dil öz-özlüyündə korlanır.
Unutmamaq lazımdır ki, Azərbaycan dili öz fonetik, leksik, qrammatik növlərinə görə dünyanın ən axıcı, ən gözəl dilləri sırasındadır. Niyə dilimiz korlayaq və o sıradan çıxaraq? Gəlin çalışaq ki, belə səhvlərə yol verməyək. Bizim hərflərimiz original, gözəl hərflərdilər, gəlin onları istifadə etməyərək, buna öyrəşməyək. Vərdişimiz bunun əksi olsun!
Biz varıq varsa vətən, var isə doğma dilimiz
Öyrənib bilməlidir öz dilini ellərimiz
Ana tək candan əzizdir ana torpaq, ana dil
Hörmətin saxla yaşarkən analar qədrini bil
Vətənin kimliyidir, varlığının daş təməli
Kimliyin bayrağıdır hər balanın doğma dili
Ana dildir bəzəyən duyğuların oylağını
Süsləyən arzuları, sevgi sevincin bağını
Bülbül öz doğma dililə gülə söylər sözünü
Hər gül öz rayehəsilə tanıdar öz özünü
Ana dildir daşıyan laylaların can dadını
Ana dildir yaşadan evladının öz adını
Ana dildir elinin tarixi, aydın tanığı
Yurdunun, ölkəsinin, aynası sönməz çırağı
Ana dildə ananın sevgisi ətri dadı var
Ana dildə vətənin şanlı şərəfli adı var
İsmayıl Cəmili – Fevral 2006
Aksiyanın şərtlərinə görə də, bundan sonra bloqumda Azərbaycan dilində, lakin, Azərbaycan hərfləri ilə yazılmayan şərhlər silinəcəkdir. Xahiş edirəm buna diqqət edəsiniz.
Ümid edirəm ki, xahişim yerə salınmaz və bu da sizin də öz dilimizdə yazmağa öyrəşməyinizə vəsilə olar!
Təşəkkürlər!
Şərhlər
60 Responses to “Düzgün yaz! – Aksiya”
Leave a Reply

Hal-hazırda fevral ayının 21-i 2009-cu il saat Azərbaycan vaxtı ilə 16:15-dir. Bu vaxtdan etibarən bloqa öz hərflərimizlə yazılmayan şərhlər silinəcəkdir. Bu oxuculara, fikir bildirənlərə qarşı hörmətsizlik kimi qəbul edilməsin. Sadəcə nəyinsə düzəlməyini istəyiriksə nəsə bir iş görmək lazımdır. Mən də öz növbəmdə istəyirəm ki, yazılarımız öz hrflərimizlə yazılsın..Hamınıza minnətdaram, təşəkkürlər!
Report This Comment
Aksiyaya Ramin Həsənəlizadənin (hər şey haqqında) təklifi ilə başladıq.Bu aksiyada iştirak edən bloqlar:Hər şey haqqındaRuzigarımPulsuz həkim məsləhətiOazisVətən hər şeydən üstündür!MarketoblogMənim digər bloqum-MDQHələlik bu qədərdir. Ümid edirəm ki bu aksiyanı dəstəkləyənlərin sayı çoxalar. Aksiyanı dəstəkləyənlər bu haqda bloqlarında yazı yazmalı və öz hərflərimizlə yazılmayan şərhləri silməlidilər. Bu qədər.
Report This Comment
Ramin bu barədə xəbərdarlıq eləyəndən hazırlaşırdım. Bilmirdim ki, nə yazım, necə yazım ki, həm cəlbedici olsun, həm də yerinə düşsün, şablon olmasın. Yumruca, mayis bəy bu yazının şərhinə gəşəng bir şeir də yazıb. Ondan da istifadə eləmək lap yerinə düşər, yazını dolğunlaşdırardı.
Report This Comment
P.S. Yadımdan çıxdı deyim, mən də yazıya şəkli Raminin bloqundan götürmüşəm. Ama bu şəkildən xoşum gəlmədi nəsə… Şərfləri götürdüm, yəni əlifbamızın şəklini.
Report This Comment
əla!
Report This Comment
Mən deyəsən blogumu silməli olacam )
Report This Comment
Şəbnəm,çox yaxşı aksiyadır!!! Hərçənd mən də hərdən tələsik yazanda problemlər olur yazıda,amma həqiqətən də bu kimi kampaniyalar bizə yardımçı ola bilər.Təşəkkür!!! Ay bacı,son zamanlar məni öz "dost siyahı"ndan çıxarmısana deyəsən:))
Report This Comment
Sitat(Mehin @ Feb 21 2009, 07:38 PM)Ramin bu barədə xəbərdarlıq eləyəndən hazırlaşırdım. Bilmirdim ki, nə yazım, necə yazım ki, həm cəlbedici olsun, həm də yerinə düşsün, şablon olmasın. Yumruca, mayis bəy bu yazının şərhinə gəşəng bir şeir də yazıb. Ondan da istifadə eləmək lap yerinə düşər, yazını dolğunlaşdırardı.Mayısın, Raminin və sənin bloqunda yerləşdirdiyi şeri deyirsən? Həə, yaxşı fikirdir, onu ya yazıya ya da şərh kimi əlavə edərəm..
Report This Comment
Sitat(Mehin @ Feb 21 2009, 07:39 PM)P.S. Yadımdan çıxdı deyim, mən də yazıya şəkli Raminin bloqundan götürmüşəm. Ama bu şəkildən xoşum gəlmədi nəsə… Şərfləri götürdüm, yəni əlifbamızın şəklini.Həə gördüm səndəki şəkli. Olsun o yaxşı şəkildir. Vallah o yuxarıdakı şəkli isə biz özümüz belə olmasını sifariş etdik. Yani şəkli Leyla çəkib, biz isə qıza onu min dəfə redaktə etdirdik. Hələ o kişinin mülayim yox, qəzəbli olması mənim fikrimdir Amma, Raminin dediyinə görə gələn il Ana dili üçün plakat yarışması da keçirək..Məncə yaxşı fikirdir..
Report This Comment
Sitat(Yumroo Portal @ Feb 21 2009, 07:44 PM)əla! Əla! – gözəl səslənir. Dəstək, alqış səsi duyuram. Deyəsən təvazökarlığımdan əsər əlamət qalmayıb. Amma, vallah belə işlərlə lap qürur duyuram. Ona görə də təvazökarlığa söz düşmür bəzən Təşəkkürlər!
Report This Comment
Sitat(Япон @ Feb 21 2009, 11:11 PM)Mən deyəsən blogumu silməli olacam )Yox, siz niyə bloqu silirsiniz ki, rusca yazılanları rusca yazın, Azərbaycanca yazılanları çalışın Azərbaycanca yazın. Vallah əliniz zamanla öyrəşəcək..
Report This Comment
Sitat(journalist.1 @ Feb 22 2009, 01:14 AM)Şəbnəm,çox yaxşı aksiyadır!!! Hərçənd mən də hərdən tələsik yazanda problemlər olur yazıda,amma həqiqətən də bu kimi kampaniyalar bizə yardımçı ola bilər.Təşəkkür!!! Ay bacı,son zamanlar məni öz "dost siyahı"ndan çıxarmısana deyəsən:))Yox bacı vallah yox, səni dost siyahısından çıxarmamışam. Sadəcə vaxtım olmur, ancaq yazı yazıram, qoyuram və gedirəm. Arada bloqlara da qısaca olaraq nəzər salıram. Çox otura bilmirəm. İncimə, diqqətsizliyimi yoluna qoyaram))Bu aksiaynı alqışladığın üçün təşəkkülər. Bir olub çalışmalıyıq. İstəsən sən də qoşula bilərsən.Yəni kim istəsə qoşulsun..Dilimiz naminə..
Report This Comment
Həə, bacılı, həmin şeiri deyirəm. Ama nədənsə Mayis öz bloqunda aksiyaya qatılmayıb…
Report This Comment
Hə mən də fikir verdim..Görən niyə? Amma, facebookda, başqa bloqlarda da bu aksiya üçün fəallıq göstərir..Oy dünən unutdum o şeri yerləşdirməyi. İndi isə tələsirəm, eybi yox, cıqqan da gözləsin
Report This Comment
Sevindirici haldır. Aksiyamıza qoşulanların sayı artıb:Susmanın xəyanətə bərabər olduğu an gəldi..Hər şey paylaşdıqca gözəldir!Ana Panda Belə baxandaTürkəm
Report This Comment
Fevral ayının 20-si bu haqda Yumroo Divanda da mövzu açmışdım. İstəyən qoşulsun:İnternetdə yazmağımız.
Report This Comment
Yenə də mən! Sadəcə demək istədim ki, Azərbaycan əlifbası haqda politoloq İlqar Məmmədov da 2009-cu il yanvar ayının 1-i öz saytında yazı yazmışdı:Cəsarətli siyasi müzakirələr yasaqlanan, üstəlik Azərbaycan əlifbasına hörmət qoyulmayan yerdə mənim nə işim var? Hal-hazırda onun saytında da sol tərəfdə də belə bir elan var ki, öz dilimizdə yazılmayan şərhlər silinəcəkdir.
Report This Comment
Qaralama.com saytı və "Olan və bitən" bloqu da aksiyamıza qoşuldular. Aksiya davam edir… hər şey haqqında
Report This Comment
Nə yaxşı.. Aksiyamıza qoşulanların sayı artır. Belə davam etsə nə yaxşı olar.. Nə yaxşı ki, dəstəkləyənlər var)))
Report This Comment
Çox gözəl aksiyadır.Burda öz payımın da olmasını təbii ki istərəm və buna uyğun addımlara da başladım artıq.Birlik çox şeyə qadirdir təbii ki.Dilimizi mükəmməl bilmək yolunda hamımıza uğurlar!
Report This Comment
Təşəkkürlər VuqaR, aksiyamızı alqışladığınız üçün minnətdaram. Birlik mütləqdir..
Report This Comment
Daha bir bloq da qoşulub: Psixologiya
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) ist… [...]

Salam!Siz cox aktual meseleye toxunubsuz necə deyərlər sarı simə,həmdə indi mən o anları yaşayıram və tək qalmışam!Mənim həyat yoldaşım məni başa düşmədi və mən Allaha sığınıb onu da dəvət etdim.Amma o dəvətimi qəbul etmədi və məndən ayrıldı.Siz düz buyurdunuz qarşılıqlı hörmət olmalıdır,amma Allaha hörmət etməyən mənə hörmət etməz.Məcburam bir möminə xanım tapıb yenidən ailə həyatı qurum.Mən ondan heç nə istəmirdim İslama hörmət.O isə məndən ev, maşın istəyirdi
.Mən isə səbr edirdim.Dəfələrlə dalaşmışdıq amma heç bir xeyri olmadı.İndi isə mənimlə evdə bir fincan çay belə içən yoxdur.Sığınmışam Allaha və siz dostlarnan dərdimi paylaşıram!
Report This Comment
Allah bundan sonrasını xeyirli etsin. İnşallah hər şey yaxşı olar..
P.S. Siz nə üçün şərhinizi bu yazıya yerləşdirdiniz ki. Sevgi, ailədə hörmət mövzusunda bu ünvanda yazsanız daha düzgün olar:
http://shebnem.canli.az/index.php?s=s%C4%B1nd%C4%B1+o+hasar
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ç, ş, İ) istifad… [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ç, ş, İ) istifad… [...]
Report This Comment
[...] Radio Antenn Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) ist… [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) ist… [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) ist… [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ç, ş, İ) istifad… [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ç, ş, İ) istifad… [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ç, ş, İ) istifad… [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ğ, ç, ş, İ) ist… [...]
Report This Comment
[...] [...]
Report This Comment
[...] Diqqət: Xahiş edirəm şərh yazarkən, öz hərflərimizdən (ə, ü, ö, ı, ç, ş, İ) istifad… [...]
Report This Comment
super fikirdir,təşəkkürlər
Report This Comment