O pəncərə və min dənə göz!
Posted onİyun 10, 2010
Filed under Belə baxanda | Şərh yaz
O pəncərə, hansı ki arxasından neçə min sualla, böyük həsrətlə, hirslə və bəzən də paxıllıqla küçəyə boylanan bir cüt göz.
O pəncərə, hansı ki, o pəncərədən içəriyə necə istək, necə ümid, yenə də böyük həsrət və sevgi dolu zillənmiş daha bir cüt göz.
Biri o pəncərədən çölə boylanır, biri də o pəncərədən içəri baxır. Əslində aralarında çox fərq olan bu iki baxış yiyəsinin ikisinin də bir istəyi, bir arzusu var. Birinin 4 yaşı, digərinin 28. İkisi də 4 ildir ki, bir şeyin həsrətini çəkirlər. Biri ana qucağı, ana sevgisi, digəri isə övlad nəfəsi, övlad səsi… İkisi də ailə sevgisi, isti yuva arzusunda.
Əslində uşaq evindəki pəncərən boylanan uşaqla, o pəncərəyə baxan qadın arasında böyük məsafə yoxdur. Bu bir-birinə zillənmiş 2 cüt göz tez bir zamanda bir-birinə qovuşa bilər, amma, ətrafda başqa o qədər gözlər var ki — qonum-qonşu, qohum-əğrəba…
Şeytanmıdır, mələkmidir, bilmirəm — içimdə biri deyir ki, dinləmə, eşitmə, qoy kim nə deyir desin, kim necə baxır-baxsın, get götür o uşağı və yaşa! Amma, bacarammıram. Övlad istəyim çox böyükdür, lakin gücsüzəm, daha taqətim yoxdur, bu iki cüt baxış üstündə o qədər göz var ki, mən də bundan əzilirəm, bu gözlər məni yenir.
***
Bu cəmiyyətin təsirindən ayrı düşə bilməyən minlərlə əhvalatlardan sırf birinə aid olan hekayəcikdir. Həqiqətən də bu fikirlərlə uşaq götürmək istəyib, götürə bilməyənlər var.. Təəssüf ki!
Apardı sellər buranı…
Posted onMay 6, 2010
Filed under Belə baxanda | 4 şərh
Daşıb, daşıb hara gedir bilmirəm.
Nədənsə 2010 başlayandan ayağı uğursuz gəlir deyəsən. Daşqınlar, sürüşmələr dayanmaq bilmir. Adam düşündükcə qorxur ki, görəsən niyə belə olur?!
Bəzən də düşünürsən ki, yəqin ki elə belə də olmalıdır. O qədər yerlər qazılır ki, o qədər tikintilər gedir ki, yəqin ki yer tab gətirmir. Ya da bir çox əməllərimizdən dolayı Allahın qəzəbidir. Nə bilim. Bildiyiniz kimi sel indi Aran, Muğan zonasında daha da təhlükə yaradıb. Kür neyləsinee, dolubsa daşacaq daa. Sadəcə olaraq məni bir .ey düşündürür ki, axı, bütün bu fəlakətlər öncədən nəzərə alınmalı, bəndlər qurlmalıdır. Nə üçün bizim başımız daşa dəydiyi vaxt ayılmalıyıq. Əlbəttə o zaman gec olacaqdır. İndi Kür bir az da qalxsa, tamamilə daşma təhlükısi olsa bəzi kəndlər batacaqdır. Bunun başqa yolu yoxdur. Ya su rayona axacaq, (təbii ki buna yol verməzlər), ya da biçarə kəndə. Yazıq əhali – ev-eşik, mal-qara – hamısı məhv olacaqdır.
Allah özü qorusun. İnşallah vəziyət daha da çətinləşməz və hər kəs rahat yaşayar..
Matadora bir zərbə azdır.
Posted onAprel 27, 2010
Filed under Belə baxanda | 7 şərh
Təzəlikcə daha bir xəbər verildi ki, öküzlə oynayan matadora zərbə elə olub ki, matadoru elə arenadaca aəməliyyat ediblər. Ölümün kandarından keçibmiş.

Kim necə düşünür düşünsün, amma, mənim inanın ki, onlara heç yazığım gəlmir. Niyə heyvanı cin atına mindirirlər ki? Düşünürəm ki, biz insanlara hələ bu da azdır. Heyvanları özümüzə gəlir məbnəyi edir, onları əsəbləşdirir və nəticəsində nə gözləyirik?! O öküz ki, matadoru pis hala salır, inanın ki, “afərin ona” deyirəm.. Qoy ağlı başına gəlsin. Kişi özünə sənət tapıb daa.
Bəlkə də bu da bir sənətdir, adət-ənəndir və mən də onların bu adətlərini təhqir etmiş oluram, amma, nə edim ki, bu oyunumu deyim, yarışımı deyim, heç qəbul edə bilmirəm.
Telman Adıgözəlova Allahdan rəhmət diləyirəm!
Posted onAprel 15, 2010
Filed under Belə baxanda | 7 şərh
O ki oluree nəyəsə heç inanmağın gəlmir. Bax indi elə vəziyyətdəyəm. Ölüm - bu kəlməni hər an anıram. Anıram ki, ona öyrəşim. Çünki, itirməkdən çox qorxuram. Doğmalarımı, əzizlərimi itirməkdən elə qorxuram ki. Amma, bir tərəfdən də bilirəm ki, bu olmalıdır. Ona görə də buna inanmamaqdansa hər an buna hazır olmağa çalışıram. Çox çətindir, düşüncəsi bel adamı üzür. Amma, dünya, daha dorusu ömür fani deyil. Hamımız bir gün köçüb gedəcəyik. Sadəcə eşidəndə ki kimsə həyatının hələ 40-50-60 yaşlarında bu ömrə vida edir, insan çox üzülür. Düşünürsən ki, axı tez getdi. Hələ görəcəyi o qədər şey var idi ki..

Bircə təsəlli o olur ki, inşallah yeri behişt, cənnət olar..
Rəhmətliyi bəyənərək izlərdim, ən çox da “Yaşıl eynəkli adam” tamaşasındakı roluna doymazdım “Devuşki otpuskayti noğiiii”. Əgər heç kimi demirəm, elə bircə mən T.Adıgözəlovun bir rolunu andımsa, demək ki, o yaşayır.Artıq cismən yanımızda olmasa da o yaşayacaq.
Telman Adıgözəlovun ölüm xəbərini APA.az-dan oxudum. Allahdan ona günahlarının bağışlanmasını və rəhmətini diləyirəm.
Həkimlərə etibarım yoxdur((
Posted onAprel 12, 2010
Filed under Belə baxanda | 6 şərh

Bir elan: stomatoloqa tələbə tələb olunur.
Son vaxtlar belə bir xəbər eşitdim ki, bəzi diş həkimləri öz yanlarınaşagirdlər cəlb edirlər. Onlar həkimin yanında duraraq stomatoloqluq öyrənib, sonra da bu işi avam etdirirlərmiş. Bir bərbər kimi… Demə həkim olmaq, bu qədər bəsit və bu qədər asan imiş. Ohh.. nə yaxşı dünya.
Bəziləri də deyirlər ki, şagirdlər stomatoloqun yanında ancaq taxma diş düzətlməyi öyrənirlər.. Nə bilim vallah…

Neçə vaxtdır tibb müəssisəsisələri ilə maraqlanıram, amma, heç qərar qıla bilmirəm ki, kimə etibar etmək olar. Bir tərəfdən pul, digər tərəfdən yaxşı və etibar ediləsi xəstəxana və həkim tapmaq özü də müşkül məsələdir. Düşünürsən ki, əşşi pul cəhənnəmə, əsas odur ki, canıvı etibarlı bir ələ rahatca buraxasan. Amma, adam qorxur. Çünki ətrafımda o qədər insan görmüşəm ki, hansı ki, illərlə müalicə olunurlar, bir kəpənək kimi bir həkimdən digərinə qona-qona gedirlər. Həkimlər də çiçək deyil və kəpənəyin də canı çıxır. Bax bu səbəbdən də insanın canıyla bahəm, sərf elədiyi pullara da heyifi gəlir. Çünki, hardan baxsan, o pulları qazanmaq üçün də iş yolunda hərəkət edir, göz nuru sərf edib, can qoyursan..
Amma, insan nə qədər yorulsa da ən sonunda bu sözü yenə də işlədir – əşşi pul cəhənnəmə, nədir ki kağız parçası, təki canım salamat olsun! Təki kəpənəksi naxışlarım rənglərini soldurub milçəyə çevrilməyim..
Etibarım sınıb və bu səbəbdən də çox qorxuram..
Adsız
Posted onAprel 9, 2010
Filed under Belə baxanda | 8 şərh
Allah özün qoru, gör necə günlər yaşanır.. Dəhşət. İnsan hansı vəziyyətə gələ bilər ki, belə bir iş törədə.. Donub qaldığımdan yazıya ad da tapammadım..
“Azərbaycanın Masallı rayonunda qətl hadisəsi baş verib.
Masallı rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 22.00 radələrində rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Fərqanə Bürhan qızı İsmayılova ailə münaqişəsi zəminində qayınanası, 1963-cü il təvəllüdlü Gülqədəm Hüseyn qızı Abdinovanın baş nahiyəsindən rezin dəyənəklə vuraraq onu qətlə yetirib. Bir uşaq anası olan F.İsmayılova həbs olunub. Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.”
Radio Anten

